Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) rəsmiləri arasında ÜGT-nin modernləşdirilməsi mövzusunda Virtual Avropa Regional Məsləhətləşmələri keçirlib.

Metbuat.az bu barədə Gömrük Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, fəaliyyət və təsirin qiymətləndirilməsi, ÜGT layihələrinin idarə olunması, ÜGT-nin regional qurumları, İnsan resurslarının idarəedilməsi, donorların maliyyələşdirilməsi siyasəti və maliyyə davamlılığı və digər mövzularda təqdimatlar nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.