Dekabrın 6-da kikboksinq üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan Kubokuna start veriləcək.
Metbuat.az Federasiyaya istinadən xəbər verir ki, dörd gün davam edəcək yarış üçün qeydiyyat prosesi dekabrın 4-də saat 23:59-da başa çatacaq.
Dekabrın 5-də yeniyetmə və gənclərin, iki gün sonra isə böyüklərin çəkiölçmə mərasimi keçiriləcək. Yeniyetmələr (2007-2008) "Low kick", gənclər (2005-2006) və böyüklər (18 yaşı tamam olmuş) "Low kick" və "Full contact" qaydalarına uyğun olaraq yarışacaqlar.