Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.

Tərəflər Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində bir araya gəliblər.