Keçmiş futbolçu Devid Bekhemin oğlu Romeo yeni transfer olduğu İngiltərənin “Brentford B” klubunda ilk oyununa çıxıb.
Metbuat.az xəbər verir ki, oyunu Devid Bekhem də izləyib. Kənarda tək dayanan Bekhem oyunu izlədikdən sonra stadionun ətrafındakı ağacların arasına girərək, uzaqlaşıb. Bekhemin bu davranışı tamaşaçıları təəccübləndirib. Məlumata görə, stadiondan çıxış başqa tərəfdən olub. Bekhem isə uzaqlaşmaq üçün daha çətin istiqaməti seçib.
Qeyd edək ki, Romeo ötən mövsüm Bekhemin də pay sahibi olduğu ABŞ-ın “İnter Miami 2” komandasında forma geyinib. O, 20 oyunda 2 qol, 10 asistlə yadda qalıb.