Mbappenin arzusunun reallaşmasına Vinisius mane oldu

Kilian Mbappenin PSJ ilə müqaviləsi başa çatdıqdan sonra bu mövsümün sonunda “Real Madrid”ə keçəcəyi bildirilir.

Metbuat.az xəbər verir ki, Mbappe PSJ-də 7 nömrəli formanı geyinib və onun ən çox sevdiyi nömrənin 7 olduğu deyilir. Bu nömrənin dünya futbolunda xüsusi yeri var. Devid Bekhem və Kriştiano Ronaldo kimi futbolçular 7 nömrəli forma ilə şöhrət qazanıb. Bununla belə, Mbappe “Real Madrid”də çox sevdiyi 7 nömrəli formanı geyinə bilməyəcək. Buna səbəb 7 nömrəli formanı Vinisiusun geyinməsidir. Vinisiusun 7 nömrəli formanı Mbappeyə verməyəcəyi irəli sürülür. Mbappenin Kərim Benzema getdikdən sonra boş qalan 9 nömrəli formanı geyinəyəcəyi qeyd edilir. Luka Modriç “Real”dan ayrılandan sonra Mbappenin Fransa millisində olduğu kimi 10 nömrəli formanı seçmək şansı da var.

Qeyd edək ki, Kristiano Ronaldo da “Real Madrid”ə gələndə əvvəlcə 9 nömrəli formanı geyinmiş ardınca 7 nörməli formanı seçmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR