"Ronaldo gələndən sonra başqaları güzgüdən istifadə edə bilmirdi"

"Ronaldo gələndən sonra başqaları güzgüdən istifadə edə bilmirdi"
20:42 29 Noyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in əfsanəvi kapitanı Rayan Qiqqs eks komanda yoldaşı Ronaldo haqqında maraqlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis onun xarici görünüşünə ciddi diqqət yetirdiyini bildirib.

"Ronaldonun çətin karyerası olduğunu unutmaq olmaz. O, ən yaxşı olmaq üçün indi də əlindən gələni edir. Ronaldo birlikdə oynadığım ən yaxşı, inanılmaz futbolçudur. Paltardəyişmə otağında onun xüsusi yeri vardı. Güzgü məsələsinə qədər hər şey yaxşı gəlirdi. İlk öncə Bekhem daim güzgünün qabağında olurdu. Kriştianu "Yunayted"ə gələndən sonra Devidin yerini tutdu. Başqaları güzgüdən istifadə etməyi ağlına da gətirə bilmirdi. Uzun müddət gözləməli olurduq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR