
Ad,Soyad | Zeynəb Xanlarova |
Yaş | 28 Dekabr 1936 (89 Yaş ) |
Doğulduğu yer | Bakı |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 06-01-2017 |
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.
Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.
1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirmişdir.
1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir.
Dünyanın əksər ölkələrində konsertlər vermişdir.
Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olmuşdur.
Son xəbərlər »

Bakıda mənzillər kəskin bahalaşdı, kirayə haqqı 900 manatı ötüb

Xoşbəxt olacaq 3 bürc -

Əli Əsədov Mixeil Kavelaşvili ilə görüşdü

36 məktəb direktoru işdən çıxarıldı

Bu ərazilər üçün xəbərdarlıq elan edildi

DSMF-nin sədri vəzifəsindən azad edildi

Osimhen “Qalatasaray”da qalmaq üçün tək şərt irəli sürdü

Bakı metrosunun ətrafındakı obyektlər söküləcək?

Türkiyə və İranın XİN rəhbərləri telefonla danışdı
