36 məktəb direktoru işdən çıxarıldı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ötən il müxtəlif istiqamətlər üzrə təhsil müəssisələrini əhatə edən 4 743 monitorinq keçirib.

Bu barədə Metbuat.az-a MÜTDA-dan məlumat verilib.

Monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət, 34 direktora isə xəbərdarlıq elan edilib.

Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

Bu həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı