Avropanın qərb və cənub bölgələrində havalar sərinləşmək bilmir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Pireney yarımadasında isə Avropanın temperatur rekordu vurulacaq.
Yaxın günlərdə İspaniyanın cənubunda, "Kosta qurşağı" adlanan bölgədə havanın temperaturunu +47,8 dərəcəyə çatacağı gözlənilir.
Portuqaliyanın əksər hissələrində isə havanın orta temperaturu artıq +43 dərəcədir.
Hazırda İspaniyanın paytaxtı Madriddə +44, Parisdə +34 dərəcə istilik var.
Milli.Az