İtaliyalı baş məşqçi Stefano Pioli “Trabzonspor”un baş məşqçi namizədləri arasında yer alıb.

Metbuat.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Türkiyə klubunun təklifini dəyərləndirmək üçün 2028-ci ilə qədər müqavilə və əlavə olaraq müqaviləni 1 illik uzatmaq hüququ istəyib. Məlumata görə, Pioli “Trabzonspor”a keçməyə razıdır və tərəflər arasında danışıqlar davam edir. “Milan” və “Fiorentina”nın sabiq çalışdırıcısı 2025-ci ilin noyabrında “Fiorentina”dan ayrıldıqdan sonra hazırda klubsuzdur.

Bildirilir ki, Piolinin müqavilə ilə bağlı tələbləri danışıqların gedişatına təsir edə bilər. “Trabzonspor” rəhbərliyi Pioli ilə yanaşı daha iki namizədi də nəzərdən keçirir.

Namizədlər arasında göstərilən Şenol Günəşlə isə hələlik heç bir əlaqə saxlanılmadığı qeyd olunur. Piolinin son qərarının “Trabzonspor”un baş məşqçi seçiminə təsir edəcəyi gözlənilir.