Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları” təsdiq edilib.

Metbuat.az Nazirliyin mətbuat xidmətinəistinadən xəbər verir ki, etik davranış qaydalarının məqsədi vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinə etimadını yüksəltmək, fermerlərin çağırışlarına hazır müasir düşüncəli, operativ və öz davranışları ilə nümunə olacaq əməkdaşların formalaşdırılması, nazirliyin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasıdır. Qaydalara əsasən, əməkdaşların xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətdir.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”nın tətbiqi ilə əlaqədar ilk təlimə “Aqrolizinq”in Yevlax regional nümayəndəliyinin, Goranboy, Ağdaş, Ucar və Göyçay rayon bölmələrinin əməkdaşları cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyinin bütün əməkdaşlarının mərhələli şəkildə bu təlimlərə cəlb olunması nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR