Ordumuzun bölmələri heç bir əməliyyat həyata keçirməyib

"Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir"

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda bildirilir ki, erməni KİV-lərində bu gün Azərbaycan Ordusunun guya diversiya hücumu etməsi haqda yayılan məlumatlara münasibət bildirən nazirlik bəyan edib ki, düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır.

"Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir",- nazirliyin məlumatında qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR