Den Bilzeryanın Qarabağa səfəri klounluqdur

Azərbaycan Xarici İşlər Nazirliyi erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, bu kimi qeyri-ciddi adamların kloun fəaliyyətini şərh etməyə lüzum yoxdur.

XİN rəsmisi qeyd edib ki, göründüyü kimi populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır:

“Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlər isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR