Gədəbəydə bu il 144 min 550 ton kartof istehsalı proqnozlaşdırılır

Gədəbəydə bu il 144 min 550 ton kartof istehsalı proqnozlaşdırılır
13:33 23 Aprel 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+


Gədəbəy, 23 aprel, AZƏRTAC
Gədəbəy fermerləri bu il sahələrdən bol kartof götürəcəklərinə əmindirlər. Havaların əlverişli keçməsindən maksimum istifadə edən torpaq sahibləri onlara göstərilən dövlət dəstəyindən yararlanaraq, kartof əkinini sürətləndiriblər. Hər gün tezdən sahələrə çıxan gədəbəylilər indidən bol məhsulun bünövrəsini qoyurlar.
Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rüstəm Nağıyev AZƏRTAC-a deyib ki, son illər ölkəmizin əsas kartofçuluq bazası olan Gədəbəydə bu vacib ərzaq məhsulunun istehsalına maraq getdikcə artır. Dövlətimizin başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına bir çox güzəştlərin edilməsi kartofçuluq sahəsində də əsaslı dönüş yaradıb. Təkcə keçən il rayon fermerləri 12 min 202 hektar sahədə əkin apararaq 142 min 763 ton kartof istehsal ediblər. Bundan ruhlanan rayon sakinləri bu il daha yüksək göstəricilər qazanmağı - 144 min 550 ton kartof istehsal etməyi qarşılarına məqsəd qoyublar.
R.Nağıyev onu da qeyd edib ki, indi fermerlər istehsal etdikləri məhsulun satışında heç bir problemlə üzləşmirlər. 2013-cü ildə Arıqdam kəndində ümumi tutumu 10 min ton olan kartof və tərəvəz saxlama anbarının inşası sakinləri bu problemdən azad edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gedebeyde_bu_il_144_min_550_ton_kartof_istehsali_proqnozlasdirilir-848994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR