Türkiyənin Gəncəyə yeni baş konsulu təyin edilib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsuluZəki Öztürkü qəbul edib.

XİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib. Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR