Yasamal rayonunda daha iki küçənin təmiri yekunlaşır - VİDEO

Yasamal rayonunda yenidən qurulan Əsəd Əhmədov küçəsindən sonra Məhəmməd Xiyabani və “A Keçidi” küçələrinin də əsaslı şəkildə aparılan təmiri işləri yekunlaşmaq üzrədir.

Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, hazırda Məhəmməd Xiyabani küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “A Keçidi” küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və “A Keçidi” küçəsinin Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir.

Küçələr uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçələr boyu piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçələrin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kv.m sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kub.m həcmdə qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kub.m-dən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

Bu işlərin ardınca zəruri olan ərazilərdə 5800 kub.m həcmdə yol əsası inşa edilib. Daha sonra həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənib. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə küçələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. İri və xırda dənəli olmaqla küçələrin 26 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub.

Tikinti norma və qaydalarına uyğun olaraq, 8 yerdə yolun altından 74 metr uzunluğunda 250 mm-lik ehtiyyat borular atılıb, səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurulur. Bunun üçün 7 yerdə 250 mm diametrində və 100 metr uzunluğunda borular quraşdırılıb, 22 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 52 ədəd yei baxış qapaqları qoyulacaq.

Küçələr boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Layihəyə uyğun olaraq vətəndaşların rahat hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkilərinin bərpası və yenilərinin inşası işləri də görülür. Bu məqsədlə hər iki küçədə 4 min metrə yaxın piyada səkiləri qurulur, kənarlarına səki daşı düzülür.

Asfaltlanma işləri bitən kimi küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 90 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək.

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında sözügedən ünvanda hərəkətin normallaşmasına xidmət edən yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılıb vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR