Birləşdirici boru kəmərinin inşası haqqında saziş imzalanıb

Birləşdirici boru kəmərinin inşası haqqında saziş imzalanıb
15:43 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Bolqarısan qaz-nəqliyyat sistemləri arasında birləşdirici boru kəmərinin tikintisi haqqında Rumıniya və Yunanıstan ilə saziş imzalayıb. Bolqarıstan bu boru kəməri vasitəsilə Azərbaycandan və Yunanıstanın maye qaz terminallarından qaz ala biləcək.
AZƏRTAC Bolqarıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Bolqarıstan energetika nazirinin müavini Jeço Stankov məlumat verib.
J.Stankov deyib: “Nəhayət, biz yeni qaz mənbəyi əldə edirik. İndiyə qədər biz bir mənbədən – Rusiyadan tam asılı olmuşuq”. Onun sözlərinə görə, şaquli qaz kəməri kimi tanınan birləşdirici boru kəmərinin inşası təqribən 220 milyon avroya başa gələcək. Tikinti işlərinə 2016-cı ilin martında başlanacaq. Boru kəmərini 2018-ci ildə işə salmaq planlaşdırılır.
Azərbaycan və Bolqarıstan arasında 1 milyard kubmetr Azərbaycan qazı göndərilməsi üçün müqavilə mövcuddur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birlesdirici_boru_kemerinin_insasi_haqqinda_sazis_imzalanib-849053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR