Dünya Bankı neftin qiyməti üzrə proqnozunu artırıb

Dünya Bankı (DB) 2024-2025-ci illər üçün “Brent” markalı neftin qiyməti üzrə proqnozunu yeniləyib.

Metbuat.az xəbər verir ki, hesabata əsasən, 2024-cü ildə "Brent" neftinin 1 barelinin qiyməti 84 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 3 dollar çoxdur.

DB-nin proqnozuna əsasən, 2025-ci ildə “Brent”in qiyməti 79 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 1% azdır.

Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə “Brent”in qiyməti illik müqayisədə 1,7% artacaq, 2025-ci ildə isə 6% azalacaq.

Qeyd olunur ki, 2023-cü ildə “Brent” neftinin qiyməti 82,6 dollar olub, bu da 17,2% azalma deməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı