İspaniyanın Əndəlüs bölgəsində kənd təsərrüfatı sahələrinə və meyvə bağlarına 15 ton acı pul bibər tökülməsi diqqət çəkib.

Metbuat.az xəbər verir ki, qeyri-adi üsulun məqsədinin bitkiləri zərərvericilərdən qorumaq olduğu bildirilir. Məlumata görə, acı bibərin tərkibindəki kapsaisin maddəsindən gəmiriciləri, ilbizləri və bəzi zərərvericiləri ərazilərdən uzaqlaşdırmaq üçün istifadə olunur. Bu üsul kimyəvi vasitələrə alternativ kimi təqdim edilir.

Bununla yanaşı, acı bibərin torpağa tökülməsinin bütün zərərvericilərə qarşı effektiv və bitkilər üçün tam təhlükəsiz olduğunu təsdiqləyən yetərli elmi sübut yoxdur.