Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 221,2 milyon dollar dəyərində şəkər idxal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, şəkər idxalına çəkilən xərc illik müqayisədə dəyər baxımından 8,3% çoxdur.
Əlavə edək ki, hesabat dövründə şəkər idxalının qeyri-neft sektorununun idxalında xüsusi çəkisi 1,66% təşkil edib.