Qazaxda “Şahin” hərbi idman oyunlarının zona birinciliyinin qalibləri müəyyənləşib

Qazaxda “Şahin” hərbi idman oyunlarının zona birinciliyinin qalibləri müəyyənləşib
15:53 23 Aprel 2015
318 Ölkə
Ölkə mətbuatı
A- A+


Qazax, 23 aprel, AZƏRTAC
Qazax rayonunda “Şahin” hərbi idman oyunlarının zona birinciliyi keçirilib. Yarışda Gəncə və Mingəçevir şəhərlərinin, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux, Kəlbəcər, Zaqatala, Gədəbəy və Daşkəsən rayonlarının komandaları mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, hər bir komandada VII-X sinif şagirdlərindən ibarət 14 nəfər şagird iştirak edib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin məsul işçisi Altay Paşayev, rayon icra hakimiyyətinin əməkdaşı Sərdar Orucov, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və başqaları çıxış edərək “Şahin” hərbi idman oyunlarının əhəmiyyətindən danışıb və yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. Gənc idmançılar idmanın müxtəlif növlərində qüvvə və bacarıqlarını sınayıblar. Gərgin keçən idman mübarizəsi şəraitində Mingəçevir şəhərinin komandası yarışın qalibi olub. Ağstafa rayonu II, Şəmkir rayonu isə III yeri tutub.
Qeyd edək ki, Mingəçevir şəhər və Ağstafa rayonunun komandaları respublika birinciliyində iştirak etmək hüququ qazanıblar. Qalib komandalara Gənclər və İdman Nazirliyinin diplomları, rayon Gənclər və İdman İdarəsinin kubokları verilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_Sahin_herbi_idman_oyunlarinin_zona_birinciliyinin_qalibleri_mueyyenlesib-849056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR