Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Xilasedicilər Yava dənizinin dibində ötən il dekabrın 28-də qəzaya uğramış AirAsia şirkətinin təyyarəsinin "qara qutusu"nu çıxarıblar.

Trend Metro TV-yə istinadan məlumat verir ki, hal hazırda qutu hərbi dəniz qüvvələrinin gəmisində yerləşir.

Yaxın zamanda qutu araşdırma üçün Cakartaya aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az