"Qarabağ" ciddi itkiylə üzləşib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub.

Belə ki, Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alan 24 yaşlı futbolçunun durumuna aydınlıq gəlib. Zədəsi ağır olmayan Slavçev 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə açıqlama verən futbolçu durumu ilə bağlı danışıb:

"Bud əzələmdən ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı".

Slavçev sentyabrın 20-də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyini və buna çox əsəbləşdiyini deyib:

"Bu zədəyə görə iki həftə oynamayacam. Çox qəzəbliyəm, çünki "Sportinq"lə qarşılaşmada komandama kömək edə bilməyəcəm".

Qeyd edək ki, Simeon Slavçev yay transfe dönəmində "Sportinq"dən "Qarabağ"a keçib.

Milli.Az