“Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib

19:53 23 Aprel 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ictimai birliyin sədri İradə Yaqubova milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin görüş dairəsinin və təfəkkürünün formalaşmasında televiziyanın mühüm rolunu qeyd edib. Vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyaları həyatımızın ayrılmaz hissəsidir.
Sonra mövzu çərçivəsində müzakirələr aparılıb.
“Dəyirmi masa”da dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_menevi_deyerlerin_qorunmasinda_informasiya_kommunikasiya_texnologiyalarinin_rolunun_guclendirilmesi_movzusunda_deyirmi_masa_kechirilib-849200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR