ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirməyi planlaşdırır

09:57 13 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 09:54 ]

Bakı – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçirəcəklər.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR