Bakı-Quba-Rusiya yolu gedən sürücülərə şad xəbər (VİDEO)

Bakı-Quba-Rusiya yolu gedən sürücülərə şad xəbər (VİDEO)
07:56 24 Aprel 2015
294 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yol ötürücülərinin inşası başa çatdırılaraq sürücülərin ixtiyarına verilib. Bununla da həmin ərazidə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilib.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11km-də yaranan tıxacların aradan qaldırılması məqsədilə görülən işlər nəticəsində, yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək, yerində müasir tipli yol ötürücüləri inşaa edilib.

Qurumun mətbuat katibi Anar Nəcəfli deyib ki, yeni inşaa olunan yol ötürücülərin əski sovetlər dönəmində inşa olunanlardan kəskin şəkildə fərqlənir: “Belə ki, inşa olunan yeni müasir tipli yol ötürcüsünün ümumi uzunluğu 399,1 metirdir və beş aşırımdan ibarətdir. Qeyd edim ki, sonuncu, yəni beşınci aşırımın alt hissəsindən nəqliyyat vasitələrinin geri istiqamətə hərəkəti üçün yeni yol salınır. Aprel ayının sonuna kimi yolun istifadəyə verilməsi planlaşdırılır”.

Birinci körpünün uzunluğu 109.6, eni 15.5 metr. İkinci körpünün uzunluğu 105.1, eni 13.5 metr. Üçüncü körpünün uzunluğu 105.1, eni 16.0 metr. Dördüncü körpünün uzunluğu 39.3, eni 13.0 metr. Beşinci körpünün uzunluğu 40.0, eni isə 15.0 metrdir.

Bundan əlavə həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yolun genişləndirilməsi işləri də həyata keçirilib.

Yan yolun ümumi uzunluğu 2 345 metr, eni isə 14.75 metrdir. Yaxın vaxtlarda sürücülərin geri istiqamətə hərəkəti də təmin olunacaq.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=340037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR