Ançelottidən Ardaya tarixi şans - Türk futbolçunu belə sevindirdi

İspaniya La Liqasının 33-cü həftəsində "Real Sosyedad" və "Real Madrid" komandaları bu gün üz-üzə gəlir.

Metbuat.az xəbər verir ki, qarşılaşmaya az qalmış ilk 11-lik açıqlanıb. Türk futbolçu Arda Güler “Real Madrid”in ilk 11-liyində yer alıb. İspan nəhənginin ilk 11-liyi belədir:

Kepa, Karvaxal, Militao, Naço, Fran Qarsiya, Arda Güler, Çuameni, Modriç, Seballos, Brahim Diaz, Xoselu

Qeyd edək ki, bununla da Arda Güler ilk dəfə “Real Madrid” forması ilə liqa matçında start 11-də yer alacaq.“Real Madrid” forması ilə ümumilikdə 7 matça çıxan Arda bir dəfə qol sevinci yaşayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR