Serbiyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla serbiyalı həmkarı Marko Curiç arasında geniş tərkibdə görüş keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
C.Bayramov serbiyalı həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, sülh gündəmi qarşısında qalan problemlər barədə də məlumat verib.