Türkiyə çempionu bu klub olacaq - Proqnoz

Türkiyədə gərgin keçən çempionluq yarışında hansı klubun qalib olacağı maraqla müzakirə edilir.

Metbuat.az xəbər verir ki, çempionluq yarışı “Qalatasaray” və “Fənərbaxça” arasında gedir. Suni intellekt çempionun hansı klub olacağı və digər klubların mövqeyi barədə proqnoz verib. Suni intellektə görə, "Samsunspor"un dördüncü olmaq üçün 28,2 faiz şansı var. “Beşiktaş”ın mövsümü 3-cü pillədə başa vurma şansı isə 62,8 faizdir. “Fənərbaxça”nın çempion olmaq ehtimalı 18,1 faizə enib. Bundan əvvəl, bu faiz 22,6 olaraq irəli sürülmüşdü. Proqnoza görə, “Qalatasaray”ın çempionluq şansı 81,8 faizdir. Bundan əvvəlki göstərici isə 79,4 faiz idi.

Qeyd edək ki, “Qalatasaray” ikinci yerdə qərarlaşan “Fənərbaxça”dan 3 xal irəlidədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı