Bakıda davam edən güclü külək nəticəsində bir sıra fəsadlar qeydə alınır.
Sakinlərin Metbuat.az-a verdiyi məlumata görə, Məhəmmədi dairəsi adlanan ərazidə yerləşən işıqfor küləyin təsirindən qırılıb.
Hadisə nəticəsində yalnız işıqfor zədələnməyib, həmçinin ərazidəki elektrik sistemi də sıradan çıxıb.
Qeyd edək ki, son günlər ölkə ərazisində müşahidə olunan güclü külək paytaxtda bir sıra texniki və infrastruktur problemlərinə yol açıb.
Hadisə yerindən çəkilmiş görüntünü təqdim edirik:
Sevinc İbrahimzadə / Metbuat.az