Milli Məclisin komitə sədri AŞPA-nın tədbirində iştirak edəcək

Milli Məclisin komitə sədri AŞPA-nın tədbirində iştirak edəcək
19:57 22 Sentyabr 2018
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

Milli.Az bildirir ki, Məclis Aparatından Trend-ə verilən məlumata görə, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə keçiriləcək iclasında bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/687758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR