Astroloqların fikrincə bəzi bücrlər dözülməz dərəcədə qısqanc olur. Həmişə ətrəfındakı insanları qısqanırlar. Məhdudiyyətə çevrilən qısqanclıq çox vaxt münasibətlərin sonunu gətirir.
Metbuat.az xarici mediaya istinadən ən qısqanc bürcləri təqdim edir:
Əqrəb 12 bürc arasında ən qısqanc bürc hesab olunur. Bu bürcdən olan insanlar heç bir problem olmadığı halda belə problem yaratma potensialına malikdirlər. Onlar olduqca şübhəli şəxsiyyətlərdir. Onlar heç vaxt düşünmürlər ki, kiməsə qeyd-şərtsiz etibar edə bilərlər. Onların idarəedici təbiəti var.
Buğa bürcü ən sadiq olanlardan biridir. Əgər qarşıdakı insandan eyni sədaqəti görə bilməsələr, şübhələnərlər. Buğa bürcünün şübhələri varsa, qarşıdakı insanın həyatını çətinləşdirəcək. Buna görə də, Buğa bürcü təbii olaraq ən qısqanc bürclərdəndir. Buğa bürcü ən çox sevdiklərinin onlarla vaxt keçirməsini istəyir. Bu səbəbdən qarşı tərəfə paxıllıq edər və dostlarından uzaqlaşdırarlar. Onlar tərəfdaşlarını daim idarə etmək istəyirlər.
Xərçənglər ətraflarında əhəmiyyət verdikləri hər kəsi çox sevirlər. Çox vaxt onları bölüşmək istəmirlər. Onlar şıltaq xüsusiyyətləri ilə tanınırlar. Əgər ikitərəfli münasibətlərində hər hansı bir şübhə hiss edərlərsə, o zaman çox qısqanc olurlar.
Onlar nəinki ikitərəfli əlaqələri, hətta zaman-zaman ailə və dostlarını da paylaşmağa tərəddüd edirlər. Ən qısqanc bürc Xərçəng qadınlarında müşahidə edilir.