Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında

Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında
11:05 23 Sentyabr 2018
248 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı bulvarında kişi meyiti tapılıb.

Milli.Az bildirir ki, Trend-in FHN-in rəsmi saytına istinadən veridiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dünən Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1 nəfərin axtarışları başa çatıb. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu naməlum kişi meyitini (təxminən 20-25 yaşlarında) taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/687952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR