İrandan gətirilən konfetdən narkotik maddə çıxdı

11:38 24 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/

Astara gömrükçüləri heroin və metadon aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Azər Babayev gömrük nəzarətindən keçərkən onun əl yükündə, 14 ədəd konfetin içərisində gizlədilən və xalis çəkisi 23,791 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Bundan başqa, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn İran vətəndaşı Dadvan Meşginşəhr Ali Nemət oğlu gömrük nəzarətindən keçərkən ona məxsus əl yükündə, üzərində “Salbutamol” yazısı olan şüşə butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,1 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2387529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR