Zeynəb Kazımova yeni vəzifəyə təyin olundu

Tanınmış jurnalist, Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynab Kazımova Dövlət Gömrük Komitəsi Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

Metbuat.az-ın məlumatına görə, buna qədər Zeynəb Kazımova Azərbaycan Xalça Muzeyinin mətbuat katibi idi.

Qeyd edək ki, Zeynab Kazımova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr pillələri üzrə təhsil alıb. Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər üzrə dissertantura pilləsini başa vurub və "Qarabağ münaqişəsi Fransa mətbuatında” mövzusunda elmi işini yazıb. 1996-cı ildən jurnalistlik fəaliyyətinə başlayan Zeynab Kazımova radio, televiziya və müxtəlif qəzetlərdə müxbir kimi çalışıb.

2009-2010-cu illərdə Belçikanın Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda elmi işçi statusu alan Zeynəb Kazımova həmin universitetdə "Ümumavropa təhlükəsizlyi və Cənubi Qafqazda münaqişələr” mövzusu üzrə araşdırma aparıb. 2008-ci ildə Azərbaycan Dillər Universitetində yeni yaradılan İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinə rəhbər təyin olunub. O cümlədən ADU-nun rəsmi orqanı olan "Poliqlot” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2010-cu ildən isə şöbə daxilində yaradılan Protokol xidmətinə də rəhbərlik edib. 2010-cu ildə Azərbaycan Dillər Universiteti "İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində birinci yerə çıxaraq "İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”İlin mətbuat katibi” seçilib.

Zeynəb Kazımova 2014-2017-ci illərdə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, 2017-ci ildən isə Xalıça muzeyinin mətbuat katibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR