“Azərkosmos” ASC ilə Fransa Kosmik Tədqiqatlar Mərkəzi arasında imzalanmış Çərçivə Sazişi təsdiq edildi

“Azərkosmos” ASC ilə Fransa Kosmik Tədqiqatlar Mərkəzi arasında imzalanmış Çərçivə Sazişi təsdiq edildi
18:37 26 Sentyabr 2018
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikasının "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişi qüvvəyə mindikdən sonra "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzinə bildiriş göndərsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/689002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR