Həftəsonu xoş xəbər

Həftəsonu xoş xəbər
12:47 24 Aprel 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 25-də arabir yağış yağacaq, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 25-də arabir yağış yağacaq. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, sinoptiklər aprelin 23-dən 25-dək ölkə ərazisində qeyri-sabti hava şəraitinin keçəcəyi barədə xəbərdarlıq etmişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR