“Tovuzçay” su anbarı 18 min 465 hektar sahənin suvarılmasını yaxşılaşdıracaq

“Tovuzçay” su anbarı 18 min 465 hektar sahənin suvarılmasını yaxşılaşdıracaq
13:18 24 Aprel 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+


Tovuz, 24 aprel, AZƏRTAC
Tovuz rayonunun əkinçilərinin, bağ-bağat sahiblərinin çoxdan arzusunda olduqları, sovet dövründən tikintisi yarımçıq qalan “Tovuzçay” su anbarı istifadəyə hazırdır.
Su anbarının tikintisinə rəhbərlik edən Rasim Mustafayev AZƏRTAC-a bildirib ki, su anbarı Axınca və Tovuz çaylarından qidalanır. Anbarın su tutumu 20 milyon kubmetrdir. Çayın qarşısında salınan bəndin uzunluğu 1340, hündürlüyü 45 metr təşkil edir. Anbar tam dolandan sonra 18 min 465 hektar sahənin su təminatı yaxşılaşacaq. Buradakı suyun təxminən 18 milyon kubmetri sahələrin suvarılmasında istifadə ediləcək.
Tikintidə bütün avadanlıqlar quraşdırılıb, enerji təchizatı və dezinfeksiya işləri yekunlaşıb, anbardan çəkilən su kanalları tam hazırdır. Ağstafa kanalının qidalanması üçün 7 kilometr uzunluğunda dəmir boru çəkilib və müvəffəqiyyətlə sınaqdan çıxarılıb. Burada quraşdırılan nasos stansiyası Ağ dağın suya illərdən bəri möhtac qalmış ərazilərini, habelə, Yuxarı Öysüzlü kəndinin dəmyə ərazilərini su ilə təmin edəcək.
Tovuzçaya sel gələndə bu ərazidən çayın digər tərəfinə keçmək mümkün deyildi. İndi burada iki sahili birləşdirən 1340 metr uzunluğunda bənd də tikilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuzchay_su_anbari_18_min_465_hektar_sahenin_suvarilmasini_yaxsilasdiracaq-849376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR