Müəllimə məktəbdə öldü

Müəllimə məktəbdə öldü
10:56 13 Yanvar 2015
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda orta məktəbdə müəllimə dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Sabunçu rayonu Zabrat qəsəbəsindəki 307 saylı orta məktəbin müəllifi qəfildən vəfat edib.

Adıçəkilən məktəbdən ANS PRESS-ə verilən məlumata görə, vəfat edən Təranə Muradova ibtidai sinif müəlliməsi olub. 34 yaşlı müəllimə 2006-cı ildən məktəbdə çalışıb.

"Müəllim uşaqları evə yola salandan sonra yoldaşları ilə söhbət edib. Qəfildən o özünü pis hiss edərək yıxılıb. Təcili yardıma xəbər verilsə də müəllimə keçinib".

Mərhumənin valideynləri müəllimənin ürəyində uşaqlıqda problemlər olduğunu deyiblər. T.Muradova subay olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR