İsrail səfiri: Bakı-2015 Avropa Oyunları brendə çevriləcək

İsrail səfiri: Bakı-2015 Avropa Oyunları brendə çevriləcək
15:48 24 Aprel 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

İsrail Olimpiya Komitəsi çoxdandır Azərbaycan Olimpiya Komitəsi ilə əməkdaşlıq edir. Bunu Trend-ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Bakıda keçiriləcək Avropa Oyunlarını şərh edərkən deyib.

Səfir qeyd edib ki, Azərbaycan və İsrail arasında uzun illərdən bəri idman sahəsində sıx əməkdaşlıq var.

O, Bakı-2015 Avropa Oyunlarının bir növ brendə çevriləcəyini və ölkənin idman infrastrukturunun inkişafına xidmət edəcəyini vurğulayıb.

Səfir bildirib ki, İsrail I Avropa Oyunlarına 150 idmançıdan ibarət heyətlə qatılacaq: "Bu, İsrail üçün kifayət qədər geniş heyətdir, hətta Londonda keçirilmiş Olimpiya Oyunlarına qatıldığımız heyətdən də böyükdür".

Onun sözlərinə görə, Bakı-2015-də iştirak İsrail üçün böyük əhəmiyyət daşıyır: "Çünki Avropa Oyunlarında qələbə qazanacaq İsrail idmançıları Rio-de-Janeyroda keçiriləcək növbəti Olimpiya Oyunlarına qatılmaq imkanı əldə edəcəklər".

R.Harpaz Bakıdakı yarışların İsraildə yayımlanacağını da qeyd edib: "İsrail mətbuatı Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərini geniş işıqlandırır. Bu, möhtəşəm və uğurlu tədbir olacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2387697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR