Ukraynada mədənçilər tətilə başladı

Ukraynada mədənçilər tətilə başladı
22:31 24 Aprel 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın paytaxtı Kiyevdə mədənçilər tətilə başlayıb.

ANS PRESS-in məlumatına görə, bir qrup fəallar kömür və energetika nazirliyinin qarşısında toplaşaraq hökumətin enerji siyasətinə qarşı etiraz aksiyası keçiriblər. Hökumətin kömürü xaricdən idxal etməsi mədənçilərin səbr kasasını daşıran amil olub. Fəallar bildiriblər ki, daxili məhsula ehtiyac olmayacağı təqdirdə hökumətin onların iş yerlərini bağlaması ehtimalı yüksəkdir.

“Biz hökumətin kömürü və elektrik enerjsiini ölkə daxilindən almasını istəyirik. Hökumət bizim məsullara ehtiyac duymur. Bu azmış kimi mədənlərin fəaliyyətini dayandırmağa başlayıb. İş yerərimizi tirirəcəyik. Hara gedə bilərik”, - deyə fəhlələrdən biri deyib.

Əksəriyyəti Donbas regionundan olan etirazçılar energetika nazirinin istefasını da tələb ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR