"Neftçala"dan çempionluq yolunda böyük addım

"Neftçala"dan çempionluq yolunda böyük addım
22:47 24 Aprel 2015
165 İdman
Ölkə mətbuatı
A- A+

I divizionda XXV tura start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 6 matç baş tutub.

Lider "Neftçala" ikinci pillədəki "Rəvan"ın qonağı olub. Bölgə təmsilçisi əsas rəqibini 3:1 hesabı ilə yenərək çempionluq yolunda önəmli addım atıb və sona 5 tur qalmış ən yaхın izləyicisi ilə 8 хallıq fərq yaradıb.

Üçüncü pilədə qərarlaşan "Qaradağ Lökbatan" "Mil-Muğan"ı 2:1 hesabı ilə yenib. "Ağsu" "Kəpəz"ə 3:2, "Şəmkir" "Bakılı"ya 1:0 hesabı ilə qalib gəlib. "Göyəzən" - "Şuşa Qarabağ" və "Turan Tovuz" - MOİK oyunları eyni hesabla başa çatıb - 0:0.

Qeyd edək ki, "Lokomotiv" çempionatdan çıхdığından bu turda "Energetik"ə 3:0 hesablı teхniki qələbə verilib. Tura sabah keçiriləcək "Şahdağ" - "Zirə" oyunu ilə yekun vurulacaq.

I divizion
2014/15 mövsümü
XXV tur

24 aprel
Göyəzən - Şuşa Qarabağ 0:0

Şəmkir - Bakılı 1:0
Qol: Bəxtiyar Məsiməliyev, 61.

Turan Tovuz - MOİK 0:0

Qaradağ Lökbatan - Mil Muğan 2:1
Qollar: Emin Mustafayev, 47-pen. Zöhrab Məmmədov, 50 (avtoqol) - Samir Babayev, 9.

Kəpəz - Ağsu 2:3
Qollar: Ziyabil Məmmədov, 41; 83 - Ruslan Həsənov, 16; 52. Fərrux Rəhimov, 90+3-pen.

Rəvan - Neftçala 1:3
Qollar: Elgün Abbaslı, 47 - Orxan Həsənov, 37 (avtoqol). David Canelidze, 49; 72.

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçala

25

21

3

1

66-10

66

2

Rəvan

25

18

4

3

64-18

58

3

Qaradağ L

25

17

3

5

48-19

54

4

Ağsu

25

17

3

5

59-20

54

5

Zirə

24

15

5

4

44-13

50

6

Şuşa Q

25

14

3

8

43-20

45

7

Şahdağ

24

12

6

6

38-25

42

8

Turan T

25

12

3

10

53-33

39

9

Bakılı

25

9

3

13

41-48

30

10

Kəpəz

25

7

7

11

29-34

28

11

Şəmkir

25

5

8

12

21-43

23

12

Mil-Muğan

25

6

4

15

24-50

22

13

MOİK

25

5

5

15

17-53

20

14

Energetik

25

4

3

18

20-69

15

15

Lokomotiv

25

3

1

21

10-57

10

16

Göyəzən

25

2

3

20

12-77

9

 

Bombardirlər

İlham Allahverdiyev (Qaradağ L) - 20. Fərmayıl Əliyev (Ağsu) - 15. Ramil Əliyev (Bakılı) - 14. Morteza Heydəri (Şuşa), Əli Bağırov (Rəvan), Məhəmməd Alıyev (Neftçala) - 13. Asif Zeynalov (Bakılı), Vüsal Qarayev (Rəvan) - 12.


Fanataz

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftcalaquotdan-cempionluq-yolunda-boyuk-addm-t40243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR