Putin yeni sanksiya ilə üz-üzə

Putin yeni sanksiya ilə üz-üzə
10:21 25 Aprel 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması məsələsinə baxılmadığını bildirib.

ANS PRESS-in məlumatına görə, o, Arktika Məsləhət Şurasının səkkiz üzv ölkəsinin nümayəndələri ilə görüşdə deyib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi bu gün Vaşinqtonda müzakirə mövzusu deyil.

Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması və ya zəiflədilməsi haqqında heç bir danışıqlar aparılmır. Çünki Moskva Ukrayna ilə bağlı əldə olunmuş Minsk razılaşmasının reallaşdırılması üçün az səylər göstərir.

Xatırladaq ki, bir həftə əvvəl ABŞ Prezidenti Barak Obama Avropa İttifaqı ölkələrini Minsk razılaşmasının tam reallaşdırılmasına qədər Rusiya barəsində sanksiyaları saxlamağa çağırıb: "Sanksiyanın zəiflədilməsi səhv addım olar və Moskvaya xidmət edə bilər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=340355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR