Türkiyə Kubokunun 4-cü təsnifat mərhələsində keçirilən "Batman Petrolspor" - "Kasımpaşa" matçında qalmaqal yaşanıb.

Milli.Az xəbər verir ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində tribunadan atılan su ilə dolu plastik qab qonaq komandanın futbolçusu Foda Koitanın sifətinə tuş gəlib.

Üzünü tutaraq yerə uzanan oyunçuya tibbi yardım göstərilsə də, o, özünü pis hiss etdiyini söyləyib və xəstəxanaya aparılıb.

Qarşılaşmanın baş hakimi Özgür Yankaya isə matçın təxirə salındığını bəyan edib. Həmin vaxt matç qonaq komandanın xeyrinə olub - 3:2.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azarkeş futbolçunu vurdu, oyun təxirə salındı - VİDEO - FOTO Azarkeş futbolçunu vurdu, oyun təxirə salındı