"Messenger"dən yenilik gəlir, artıq hesabınıza daxil ola bilməyəcəklər

"Messenger"də yeni qaydalar qüvvəyə minəcək.

Metbuat.az xəbər verir ki, "messenger"dən istifadə edənlər artıq xüsusi yoxlanışdan keçəcək. Belə ki, onlar "messenger"ə telefon nömrəsi ilə qeydiyyat etdikləri nomrə ilə daxil ola biləcəklər. Bu barədə şirkət müvafiq qaydalar hazırlayıb.

"Messenger"ə daxil olan zaman onun istifadəçisinin mobil telefonuna bildiriş gələcək. Mobil telefonla özünün olduğunu təsdiq edəndən sonra istifadəçi "messenger"dən istifadə edə biləcək. Əks halda "messenger"dən istifadə mümkün olmayacaq. Bir sözlə, istifadəçilərə kod gələcək və bu koddan istifadə edəcəklər. Bu da istifadəçilərin təhlükəsizliyi üçün atılan addımdır.

Şəkinin bu kəndi asfalt yola həsrətdir - Problem həllini nə vaxt tapacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR