Bu gün saat 14 radələrində Bakı şəhər Yasamal rayonu ərazisində yol qəzası baş verib.
Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Qurban Xəlilov küçəsində “Mercedes” və “Ford” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Ford” aşaraq yolun ortasında qalıb.
Qəza nəticəsində yolda nəqliyyatın hərəkəti məhdudlaşıb.