Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Herodot kuboku” intellektual yarışının qalibləri mükafatlandırılıb.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində məqsəd tələbə gənclərin Azərbaycan və dünya tarixinə dair biliklərini yoxlamaq, onların məlumatlılığını artırmaq, eyni zamanda, tələbələr arasında sağlam intellektual yarış mühitinin formalaşmasını təmin etməkdir.
Layihə çərçivəsində ali təhsil müəssisələrinin komandaları arasında Azərbaycan və dünya tarixi mövzularında intellektual yarışlar keçirilib.
Qalib komandalara qiymətli hədiyyələr, diplom və kubok təqdim edilib.