Sovet dövründən qalan binaların əsas problemlərindən biri də girişdə qapıların olmamasıdır.
Bu gün köhnə binların giriş hissəsində qapının olmaması həmin binanı sevgililərin görüş yeri, küçə heyvanlarının sığınacağı, yaxud kimsəsiz insanların yuxuladığı məkan halına gətirib. Təbii ki, bu da sakinləri olduqca narahat edir.
Mənzil eksperti Ramil Osmanlı Metbuat.az-a açıqlamasında bildirir ki, bu problemi mülkiyyətçilərin özləri həll etməlidir:
“Məsələnin həllini mənzil istismar sahələri və icra hakimiyyətlərindən gözləmək haqsızlıq olar. Eyni zamanda, mənzil idarəetməsi baxımından, bu, düzgün yanaşma deyil. Bu, birbaşa mülkiyyətlərin nəzarət və səlahiyyətlərində olan məsələdir. Paytaxtın bəzi ərazilərdində belə proseslər bir müddət əvvəl başladı. Hətta bəzi ərazilərə kodlarla qapılar qoyuldu. Sonradan müsbət nəticə vermədi. Damafonlu qapılar daha funksionaldır, nəinki kodla olan. Çünki orada standart kod idi. İstənilən adam gəlib, girə bilərdilər. İndi isə əksər yeni tikililərdə var. Bu qapıları quraşdırmaq o qədər də baha başa gəlmir. Bir blokda 10-15 ailə yaşayırsa, mülkiyyətçilər yığışıb, bu problemi aradan qaldıra bilərlər.
Bu gün Azərbaycanda belə br yanaşma var. İnsanlar evlərinin təmirinə 50-60 min manat xərcləyirlər, amma qapıdan çölə isə 1 manat da xərcləmək istəmirlər. Halbuki, onlar başa düşməlidir ki, bütün bina onların ümumi mülkiyyəti sayılır. Bizdə hələ ki, idarəetmə baxımından müəyyən qüsurlar var. Zənnimcə, mülkiyyəttçilər özləri bu barədə düşünməlidirlər”.
Xəyalə Məmmədova / METBUAT.AZ
İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb – REPORTAJ – TIKLAYIN!