Bakıda 15 yaşlı uşaq 44 yaşlı kişini qətlə yetirdi

Bakıda azyaşlı uşaq qətl törədib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi 4/43 ünvanında baş verib.

Həmin ünvanda yaşayan Bərdə rayon sakini, 1974-cü il rəvəllüdlü Əhmədov Əhəd Əhməd oğluna şəxsi münasibətlər zəminində qonşusu, 2003-cü il təvəllüdlü Bayramov Elvin Nurəddin oğlu kəsici-deşici alətlərlə çoxsaylı xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ə.Əhmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Azərbaycanda turizm polisinin yaradılması təklif edilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR