Bakıda 4 aylıq körpə binadan yıxılıb öldü, araşdırma aparılır - YENİLƏNİB

Sabunçu rayonu, Ramana qəsəbəsində 4 aylıq körpə anasının qucağında olarkən mənzilin eyvanından yerə düşərək ölüb.

Metbuat.az xəbər verir ki, hadisə aprelin 26-da saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən binada baş verib. Həmin binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanında 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı anasının qucağından yıxılıb yerə düşərək ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı